Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan Ordusunun hərbi hissəsində taktiki təlim keçirildi - <font color=red><b>FOTO</b></font>

10:35 - 1 Mart 2022 tarixində dərc olunub.

Döyüş hazırlığı planına əsasən, hərbi hissədə taktiki təlim keçirilib.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin senarisinə uyğun olaraq bölmələr ərazidə müxtəlif üsullarla taktiki yerdəyişmə, mühafizə və axtarış əməliyyatları, şərti düşmənin diversiya-kəşfiyyat qrupunun aşkar edilərək zərərsizləşdirilməsi və digər tapşırıqları uğurla yerinə yetiriblər.

Taktiki təlimlərin keçirilməsində əsas məqsəd bölmələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

 

Müəllif: