Ucnoqta.az
www.ucnoqta.az

Rusiya polkovniki və dəstəsi döyüşlərdə <font color=red><b>HƏLAK OLDU</b></font>

18:36 - 28 Fevral 2022 tarixində dərc olunub.

Rusiya Milli Qvardiyasının xüsusi təyinatlıların komandiri Konstantin Ogiy və dəstəsi (SOBR) Kiyev ətrafındakı döyüşlərdə məhv edilib. 

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, dəstənin komandiri, Əfqanıstan, Çeçenistan müharibələrinin iştirakçısı Konstantin Ogiy və 42 SOBR xüsusi təyinatlısı Ukraynada gedən müharibədə pusquya salınaraq öldürülüb.

Məlumata görə, o, Qostomel şəhəri yaxınlığında gedən döyüşlərdə polkovnik “Abat” ləqəbi ilə tanınırdı. 

Müəllif: