Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-ın Belarusdakı səfirliyi fəaliyyətini dayandırdı

17:43 - 28 Fevral 2022 tarixində dərc olunub.

ABŞ-ın Minskdəki səfirliyi fəaliyyətini dayandırıb, həmçinin Rusiyanın paytaxtı Moskvadakı səfirliyin operativ işlərlə məşğul olmayan əməkdaşlarının könüllü getməsinə icazə verilib.

Bu barədə ABŞ-ın Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, bu tədbirlər Rusiyanın Ukraynada keçirdiyi hərbi xüsusi əməliyyat kontekstində təhlükəsizliyin təmin edilməsi məqsədilə həyata keçirilib.///report

Müəllif: