Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanlı generalın Ukraynada vuruşan oğlu yaralandı -<font color=red><b> FOTO</b></font>

09:46 - 28 Fevral 2022 tarixində dərc olunub.

Ukrayna ordusu sıralarında xidmət edənlər arasında azərbaycanlılar da var.

Onlardan biri Ukrayna Milli Qvardiyasının polkovnik Pyotr Bolboçan adına üçüncü operativ təyinatlı briqadasında xidmət edir.

1995-ci il təvəllüdlü Vəliyev Teymur Fikrət oğlu müqavilə əsasında Ukrayna ordusunun sıralarında yer alır. O, fevralın 27-də Xarkovun azad edilməsi uğrunda döyüşlərdə yaralanıb.

Teymur Vəliyevin atası Fikrət Vəliyev də hərbçidir. O, ehtiyatda olan generaldır.///oxu.az

Müəllif: