Gəncədə intihar hadisəsi olub.
"Report"un məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Şəhər sakini, 1969-cu il təvəllüdlü H.Abdullayev özünü çalışdığı iş yerinin çardağında kəndirlə asaraq intihar edib.
Faktla bağlı araşdırmalara başlanılıb.