Ucnoqta.az
www.ucnoqta.az

Peyvənd olunanların sayı açıqlanıb -<font color=red><b> FOTO</b></font>

15:44 - 27 Fevral 2022 tarixində dərc olunub.

Azərbaycanda son bir gündə koronavirus (COVID-19) əleyhinə 25 208 vaksin vurulub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 552, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 372, üç və daha çox doza vaksin vurduranların sayı 20 744, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 540 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 12 982 355, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 298 628, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 784 850, üç və daha çox doza vaksin vurduranların sayı 2 694 562, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 204 315 təşkil edir.

 

Müəllif: