Ucnoqta.az
www.ucnoqta.az

Çeçen general Kiyevdə öldürüldü

09:34 - 27 Fevral 2022 tarixində dərc olunub.
Kiyev yaxınlığındakı Qostomel hava limanında Çeçenistan Milli Qvardiyasının 141-ci motoatıcı alayının rəisi Maqomed Tuşayev bu gün məhv edilib. Bu barədə UNİAN məlumat yayıb. “Çeçenlərin Ukraynada itkiləri var. Mənbəmiz bildirir ki, Kadırovun generalı, Çeçenistan Milli Qvardiyasının 141-ci motoatıcı alayının rəisi Maqomed Tuşayev öldürülüb. Bu, Putin və Kadırovun ən elit bölmələrindən biridir. Bizim artilleriya çeçen sütununu məhv etdi, çeçen cəsədləri Ukrayna torpağında yatır” – Vertical teleqram kanalı xəbər verir. ///konkret.az
Müəllif: