Ucnoqta.az
www.ucnoqta.az

Ukraynanı tərk edən azərbaycanlılar atəşə tutuldu: <font color=red><b>ölən və yaralananlar var</b></font>

09:00 - 27 Fevral 2022 tarixində dərc olunub.

Ukraynadan Moldovaya keçmək istəyən azərbaycanlılar gülləbaran edilib.

Ucnoqta.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Odessada yaşayan keçmiş jurnalist Anar Natiqoğlu öz sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumatda bildirilir: "Bir saat öncə Odessa şəhərindən 60 km aralıda, sərhəd qoşunları hərbçiləri formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar 7-8 maşından ibarət olan əslən Kəlbəcər rayonundan olan soydaşlarımızın kolonunu tanınmamış Pridnestrovye ilə sərhəd Kuçurqan keçid məntəqəsi yaxınlığında gülləbaran edib. Hadisə şahidlərinin dediyinə görə 3 həmvətənimiz dünyasını dəyişib, 4-5 yaralı var. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, günahsız insanların qanına susamış terrorçuların bəlasını versin!!!"

Müəllif: