Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda avtomobil qəzası olub, xəsarət alanlar var

21:31 - 25 Fevral 2022 tarixində dərc olunub.
Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bakı-Qazax avtomobil yolunun Goranboy rayonundan keçən hissəsində "Mercedes" və "VAZ" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 1984-cü il təvəllüdlü T.Hüseynov və 1958-ci il təvəllüdlü E.Hüseynov müxtəlif xəsarətlər alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb. ///report
Müəllif: