Ucnoqta.az
www.ucnoqta.az

Nurlan Əzizbəylinin anası koronadan vəfat etdi

10:21 - 25 Fevral 2022 tarixində dərc olunub.

Müğənni Nurlan Əzizbəyliyə ağır itki üz verib.

Sənətçinin anası vəfat edib. Bu barədə o, instaqram hesabında yazıb.

“Ay mama, məni yetim qoydun”, - deyə Əzizbəyli qeyd edib.

Qeyd edək ki, N.Əzizbəylinin anası bir müddət əvvəl koronavirusa yoluxmuşdu. Reanimasiyaya yerləşdirilən mərhumun şəkəri də yüksək olduğu üçün bir çox orqanları zədələnmişdi. O, 15 gündür komada idi.///qafqazinfo

Müəllif: