Ucnoqta.az
www.ucnoqta.az

Peyvənd olunanların sayı açıqlanıb - <font color=red><b>Foto</b></font>

16:44 - 24 Fevral 2022 tarixində dərc olunub.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 591 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 209, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 509, üç və daha çox doza vaksin vurduranların sayı 27 210, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 663 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 896 808, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 293 008, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 780 286, üç və daha çox doza vaksin vurduranların sayı 2 623 773, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 199 741 təşkil edir.

 

Müəllif: