Ucnoqta.az
www.ucnoqta.az

Mövlud Çavuşoğlu yenidən koronavirusa yoluxdu

15:27 - 24 Fevral 2022 tarixində dərc olunub.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ikinci dəfə koronavirusa yoluxub.

O, bu barədə tviter hesabında yazıb.

“Qazaxıstanda verdiyim COVID-19 testi pozitiv çıxdı. Ona görə də qardaşım, həmkarım Muxtar Tileberdi ilə onlayn formatda nmüzakirə apardıq. Türkiyə və türk dövlətlərinin Qazaxıstana dəstəyini ifadə etdik”, - deyə o qeyd edib.

Müəllif: