Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Ermənilər Laçını atəşə tutdu</b></font>

08:53 - 24 Fevral 2022 tarixində dərc olunub.

Fevralın 23-ü saat 20:30-dan 20:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu istiqamətində yerləşən mövqelərindən Laçın rayonunun Əhmədli yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır.

Müəllif: