Ucnoqta.az
www.ucnoqta.az

Kürdəmirdə ağır yol qəzası olub, xəsarət alanlar var- <font color=red><b>FOTO</b></font>

14:42 - 23 Fevral 2022 tarixində dərc olunub.

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumatlara görə, "Ford" və "Volkswagen" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib.

Yaralılar "təcili yardım" avtomobilləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Müəllif: