Ucnoqta.az
www.ucnoqta.az

Füzuli istiqamətində mövqələrimiz atəşə tutulub

14:29 - 23 Fevral 2022 tarixində dərc olunub.

Azərbaycan Ordusunun Füzuli rayonunun Yuxarı Veysəlli kəndi istiqamətində yerləşən mövqeləri fevralın 23-ü saat 10:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Müəllif: