Ucnoqta.az
www.ucnoqta.az

Göyçay sakini kafedə odlu silahla öldürülüb

23:00 - 22 Fevral 2022 tarixində dərc olunub.

Göyçay rayonunda güllələnmə hadisəsi baş verib.

Hadisə bu gün axşam saat 22:00 radələrində şəhərdəki kafelərdən birində qeydə alınıb.

Göyçay sakini, 1979-cu il təvəllüdlü Cavanşir Şükürov ov tüfəngindən açılan atəş nəticəsində hadisə yerində ölüb.

Onun kim tərəfindən öldürüldüyü hələ ki, məlum deyil.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindir.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: