Ucnoqta.az
www.ucnoqta.az

Qubada 5 yaşlı uşağı maşın vurub

16:23 - 22 Fevral 2022 tarixində dərc olunub.

Quba rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Vəlvələ kəndi ərazisində qeydə alınıb. Hazırlıqdan qayıdan 5 yaşlı Hüseyn Qəribovu maşın vurub. Xəsarət alan azyaşlı Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: