Ucnoqta.az
www.ucnoqta.az

Samuxda ev yandı, körpə xəsarət aldı

11:00 - 22 Fevral 2022 tarixində dərc olunub.

Samux rayonunun Seyidlər kəndində 3 otaqlı evdə yanğın baş verib.

"Report"un məlumatına görə, hadisə zamanı yaşyarımlıq B.Məmmədov xəsarət alıb və xəstəxanaya aparılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Samux Rayon Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif: