Ucnoqta.az
www.ucnoqta.az

Ötən gün 151 nəfər toya buraxılmayıb, <font color=red><b>3 nəfər cərimələnib</b></font>

10:06 - 19 Fevral 2022 tarixində dərc olunub.

Fevralın 18-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 160 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, monitorinq 157 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 151 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Müəllif: