Ucnoqta.az
www.ucnoqta.az

Arvadını güllələyən ər polislərlə atışmada yaralandı

20:15 - 18 Fevral 2022 tarixində dərc olunub.

Şirvanda arvadını güllələyən şəxs saxlanarkən polisə silahlı müqavimət göstərib.

Ov tüfəngindən atəş açan Elnur Babayev polislərlə atışmada yaralanıb.

O, yaralı vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.


19:14

Şirvanda qadın əri tərəfindən güllələnib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri “Köhnə şəhər” adlanan ərazidə, Gülbala Şıxbala oğlu küçəsində baş verib.
Ailə münaqişəsi zəminində Şirvan şəhər sakini Elnur Abıyev həyat yoldaşı - 1983-cü il təvəllüdlü Abıyeva Xəyalə Cabir qızını ov tüfəngi ilə vurub.

Qarın nahiyəsində güllə yarası alan qadın Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirlərək əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: