“Müğənni Manaf Ağayev və iş adamı Sənan Hüseynovun işğaldan azad edilmiş ərazilərə qanunsuz səfər etməsi ilə bağlı onların keçdiyi nəzarət postunda xidməti yoxlama aparılır”.
Ucnoqta.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.
O qeyd edib ki, xidməti yoxlamaların nəticəsinə uyğun qərar qəbul ediləcək.