Ucnoqta.az
www.ucnoqta.az

Tviterin işində problem yaranıb

22:18 - 17 Fevral 2022 tarixində dərc olunub.

Müxtəlif ölkələrdən olan tviter istifadəçiləri sosial şəbəkədəki nasazlıqlardan şikayətlənirlər.

“Report” xəbər verir ki, bunu məşhur internet resurslarının nasazlıq və problemlərini izləyən “Downdetector” saytının məlumatları göstərir.

Problemlər əsasən ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniyadan olan istifadəçilər tərəfindən bildirilir.

Müəllif: