Ucnoqta.az
www.ucnoqta.az

Kürdəmirdə Rusiya vətəndaşı kanalda boğularaq ölüb - <font color=red><b>YENİLƏNİB - FOTO</b></font>

18:46 - 17 Fevral 2022 tarixində dərc olunub.

Kürdəmirdə kanala düşən avtomobil sudan çıxarılıb.

APA-nın xəbərinə görə, rayonun Sor-Sor kəndi ərazisində idarəetmədən çıxaraq Şirvan su kanalına düşən "Toyota" markalı minik avtomobili FHN-nin əməkdaşları tərəfindən kanaldan çıxarılıb, maşının içərisində meyit aşkarlanıb. Meyiti tapılan şəxsin Rusiya vətəndaşı, 27 yaşlı Nimanikin Vadim Andreyeviç olduğu bildirilir. Meyiti aidiyyəti üzrə təhvil verilib.

Fakt araşdırılır.

17:20

Kürdəmirdə avtomobil su kanalına düşüb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Nazirliyin (FHN) "112" qaynar telefon xəttinə Kürdəmir rayonu, Sor-Sor kəndi ərazisində içərisində 1 nəfərin olduğu ehtimal edilən "Toyota" markalı minik avtomobilinin Yuxarı Şirvan su kanalına düşməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.

Müəllif: