Ucnoqta.az
www.ucnoqta.az

Qusarda bir evdə 5 nəfər dəm qazından öldü

16:21 - 17 Fevral 2022 tarixində dərc olunub.

Qusar rayonunda 5 nəfər dəm qazından boğulub.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Şəhərdəki evlərdən birində beş nəfərin meyiti tapılıb.

Hadisə yerinə hüquq-mühafizə oraqlanlarının əməkdaşları cəlb olunub.

İlkin ehtimala görə, onlar dəm qazından boğularaq ölüb.

Müəllif: