Ucnoqta.az
www.ucnoqta.az

Koronavirusa görə bağlanan daha üç məktəb əyani tədrisə qayıtdı

09:47 - 17 Fevral 2022 tarixində dərc olunub.

Bakıda koronavirusa görə bağlanan 60, 179 və 271 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bu barədə Ucnoqta.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, həmin məktəblərin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Müəllif: