Ucnoqta.az
www.ucnoqta.az

Yevlaxda qəsdən yanğın törədən şəxs həbs olundu - <font color=red><b>FOTO</b></font>

17:43 - 16 Fevral 2022 tarixində dərc olunub.

Yevlax rayonunun Salahlı kəndində yerləşən fərdi yaşayış evlərinin birində yanğın hadisəsi baş verməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, məlumatla əlaqədar Yevlax RPŞ-nin əməkdaşları hadisə yerində olub, yanğın olan əraziyə baxış keçirib. Fərdi yaşayış evinin qəsdən yandırılmasına dair şübhələr yarandığından polis əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində fərdi yaşayış evini qəsdən yandırmaqda şübhəli bilinən həmin kənd sakini, əvvəllər məhkum edilmiş Aqil Nəsibov saxlanılıb.

Hazırda faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb və A.Nəsibov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Müəllif: