Ötən il ərzində ölkə əhalisinin sayı 37 233 nəfər və ya 0,4 faiz artıb.
Ucnoqta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci il yanvar ayının 1-i vəziyyətinə əhalinin sayı 10 156 366 nəfərə çatıb.
Əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.