Ucnoqta.az
www.ucnoqta.az

On gün əvvəl ailə quran qadın dəm qazından öldü

11:58 - 16 Fevral 2022 tarixində dərc olunub.

Ucar rayon sakini dəm qazından boğularaq ölüb.

Ucar rayonunun Lək kənd sakini, 1997-ci il təvəllüdlü Aytac Ağahüseyn qızı Xəlilova Bakıda yaşadığı evin hamamında dəm qazından boğulub.
Aytac Xəlilova 10 gün əvvəl ailə həyatı qurub. Daha sonra həyat yoldaşı ilə birgə Bakıya köçüb.

Məhrum ötən gün doğulduğu kənddə dəfn olunub.///apa

Müəllif: