Ucnoqta.az
www.ucnoqta.az

Daha üç məktəb əyani tədrisə qayıtdı

09:52 - 16 Fevral 2022 tarixində dərc olunub.

Koronavirusa görə bağlanan daha üç məktəb əyani tədrisə qayıdıb.

Bu barədə Ucnoqta.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtdakı 80, 157 və 202 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Belə ki, adıçəkilən məktəblərin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Müəllif: