Ucnoqta.az
www.ucnoqta.az

Ağsuda 65 yaşlı kişini avtomobil vurub

21:27 - 15 Fevral 2022 tarixində dərc olunub.

Ağsuda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Vidadi küçəsində qeydə alınıb.

Belə ki, həmin yolda hərəkətdə olan minik avtomobilinin sürücüsü yolu keçmək istəyən piyada, rayon sakini 1957-ci il təvəllüdlü Mütəllimov Rauf Qarxun oğlunu vurub.

Yaralı Ağsu Rayon Mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: