Ucnoqta.az
www.ucnoqta.az

Ramiz Mehdiyev <font color=red><b>DANIŞDI:</b></font> “Bunların hamısı boş söhbətdir” – <font color=red><b>VİDEO</b></font>

20:05 - 15 Fevral 2022 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, fevralın 14-ü Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.

Mehdiyev istefa verməyinə baxmayaraq, bu gün işə gəlib. Baku TV əməkdaşları Ramiz Mehdiyevin həqiqətən də istefa verib-vermədiyin elə özündən soruşub.

Ramiz Mehdiyev bildirib ki, o, dünən istefasını ictimaiyyətə açıqlayıb.
“Prezidentə müraciət etmişəm, sərəncam gələnə qədər işimi başında olacam”, – deyə o qeyd edib.

Cəmiyyətdə onun haqqında səslənən fikirlərə də münasibət bildirən R.Mehdiyev qeyd edib ki, o, belə şeylərə fikir vermir:
"Bunların hamısı boş-boş söhbətlərdi". 

Müəllif: