Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda ata 38 yaşlı qızını boğaraq öldürdü

15:22 - 15 Fevral 2022 tarixində dərc olunub.

Sumqayıtda qətl hadisəsi baş verib.

Hadisə şəhərin "Tuq zavod" yaşayış massivində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Cəfərova Zəminə Salam qızı aralarında olan münaqişə zəminində atası tərəfindən naqillə boğularaq öldürülüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Qətli törətməkdə şübhəli bilinən ata saxlanılıb, faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: