Ucnoqta.az
www.ucnoqta.az

Buster dozadan sonra 4-cü doza olacaqmı? - <font color=red><b>AÇIQLAMA</b></font>

12:41 - 15 Fevral 2022 tarixində dərc olunub.

“Buster dozadan sonra 4-cü dozanın olunmasına çox böyük ehtimalla ehtiyac olmayacaq”.

Bu sözləri “Ucnoqta.az”a açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev deyib.

O bildirib ki, əgər kollektiv immunitet olsa və yoluxma sayı azalsa insanları növbəti dozalara cəlb etmək dövlət üçün maraqlı olmayacaq.

İnfeksionistin sözlərinə görə, payızda növbəti alovlanma olsa ola bilər ki, könüllülük prinsipi ilə və ya ödənişli şəkildə növbəti doza olsun: “İndiki halda isə 4-cü dozanın olunmasına ehtiyac qalmayacaq”.

Könül Oruc

Müəllif: