Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtdan Bakıya gələn kursant itkin düşüb -<font color=red><b> FOTO</b></font>

21:28 - 14 Fevral 2022 tarixində dərc olunub.

Heydər Əliyev adına Hərbi Akademiyanın kursantı itkin düşüb.

Bu barədə APA-ya kursantın qohumu Adil Babaşov məlumat verib.

A.Babaşov bildirib ki, oğlu 2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya yola düşüb.

Bundan sonra ondan xəbər olmayıb. İlkin məlumata görə, Vüsal Hüseynli sonuncu dəfə 28 May metrostansiyasından çıxarkən görülüb.

Məsələ ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə məlumat verilib.

 

Müəllif: