Ucnoqta.az
www.ucnoqta.az

Keçmiş məhkumun evindən qumbara götürülüb

11:09 - 14 Fevral 2022 tarixində dərc olunub.

Bakıda bir evdə tapança, digərində qumbara aşkarlanıb.

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini İ.Əliyevin yaşadığı mənzilə baxış zamanı oradan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron, Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunmuş Y.Tanrıverdiyevin kirayədə yaşadığı evdən isə alışdırıcısı ilə birgə M75 tipli əl qumbarası aşkar edilərək götürülüb.

Müəllif: