Ucnoqta.az
www.ucnoqta.az

44 yaşlı qadın bıçaqla özünə xəsarət yetirib

22:32 - 13 Fevral 2022 tarixində dərc olunub.

Tovuz şəhərində qadın özünə bıçaq xəsarəti yetirib.

Hadisə Məmməd Zeynalov küçəsində olan mənzillərin birində qeydə alınıb. Rayon sakini, 1978-ci il təvəllüdlü E.Balayeva kəsici alətlə qarnından xəsarət alıb.

Yaralı Tovuz Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilib, onun vəziyyəti kafi qiymətləndirilir.

Qadının sözlərinə görə, o, özü özünə bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırmalara başlanılıb.///report

Müəllif: