Bu gün Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumata görə, hadisə Qusar-Şahdağ yolunda qeydə alınıb.
1975-ci il təvəllüdlü İlham Mirzəağayevin idarə etdiyi minik maşını yoldan çıxaraq dərəyə düşüb.
Hadisə nəticəsində sürücü ilə yanaşı avtomildə olan sərnişinlər 1979-cu il təvəllüdlü Fərqanə Mirzəağayeva, 2003-cü il təvəllüdlü Yusif Mirzəağayev, 2011-ci il təvəllüdlü Gülay Mirzəağayeva və 2015-ci il təvəllüdlü Eldar İbrahimli müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.