Ucnoqta.az
www.ucnoqta.az

İsmayıllı sakinindən qanunsuz odlu silah götürülüb

15:36 - 13 Fevral 2022 tarixində dərc olunub.

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini N.İbadovdan qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, onun barəsində protokol tərtib olunaraq müvafiq qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərilib.

Müəllif: