Ucnoqta.az
www.ucnoqta.az

"Topçu Vüsal" qəzaya düşdü - <font color=red><b>FOTO</b></font>

12:49 - 13 Fevral 2022 tarixində dərc olunub.

Vətən müharibəsində "Topçu Vüsal" kimi tanınan qəhrəman əsgərimiz Vüsal Şahkərimov qəzaya düşüb.

Ucnoqta.az Unikal.org-a istinadla xəbər verir ki, hadisə Xaçmaz rayonunda baş verib.
Belə ki, V.Şahkərimov idarə etdiyi "VAZ-2107" markalı avtomobili ilə hərəkətdə olarkən digər nəqliyyat vasitəsi onun maşınını sağ tərəfindən vurub. Qəza nəticəsində xoşbəxtlikdən Vüsal Şahkərimov ciddi xəsarət almayıb.

O, açıqlamasında məlumatı təsdiqləyib:
"Hadisə iki gün öncə baş verib. Təqsirkar digər avtomobilin sürücüsüdür. Mənim maşınımı sağ tərəfdən vurub. Şükür Allaha, indi hər şey yaxşıdır".

Müəllif: