Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda ər arvadını və azyaşlı qızını qətlə yetirdi -<font color=red><b> TƏFƏRRÜAT</b></font>

11:19 - 13 Fevral 2022 tarixində dərc olunub.

Şəmkirdə baş verən qətl hadisəsinin bəzi təfərrüatları bəlli olub.

Çinarlı qəsəbəsinin yerli nümayəndəsi Elçin Abbasov APA-ya bildirib ki, qətli törədən Elməddin Həsənov əsəb xəstəliyindən əziyyət çəkirmiş. Hadisənin də bu səbəbdən törədildiyi bildirilir.

Hadisə bu gün səhər saatlarında baş verib, E.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.


***
Şəmkir rayonunda gənc qadın və azyaşlı övladı bıçaqlanaraq qətlə yetirilib.


Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb. Belə ki, Elməddin Həsənov 1995-ci il təvəllüdlü həyat yoldaşı Həsənova Laləni və 2014-cü il təvəllüdlü qızı Q.Həsənovanı bıçaqla qətlə yetirib. Hadisəni törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1985-ci il təvəllüdlü Həsənov Elməddin Elimdar oğlu saxlanılıb.

Hadisənin təfərrüatları araşdırılır.

Müəllif: