Şəki şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə axşam saatlarında Kiş kəndində qeydə alınıb.
Belə ki, 99-UZ-141 dövlət qeydiyyat nişanlı "Niva" markalı avtomobil yoldan çıxaraq əvvəlcə ağaca çırpılıb, daha sonra aşıb. Nəticədə avtomobildə olan 4 nəfər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.