Ucnoqta.az
www.ucnoqta.az

Masallıda avtomobil aşıb, <font color=red><b>xəsarət alanlar var</b></font>

16:30 - 12 Fevral 2022 tarixində dərc olunub.

Masallı rayonunda avtomobil aşıb, xəsarət alanlar var.

Hadisə Yardımlı-Masallı yolunun “İsti-su” sanatoriyasının yaxınlığında baş verib.
Belə ki, "UAZ" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə Lerik rayonunun Nücü kənd sakinləri - 1973-cü il təvəllüdlü Yalçın Vəkil oğlu Ağayev, 1983-cü il təvəllüdlü Camal Bilal oğlu Rəhimov və 2004-cü il təvəllüdlü Yusif Siyavuş oğlu Seyfullayev müxtəlif dərəcəli bədən xəsarətlər alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: