Ucnoqta.az
www.ucnoqta.az

Ulduz futbolçunun adı yeni tikilən stadiona <font color=red><b>VERİLƏCƏK</b></font>

16:08 - 12 Fevral 2022 tarixində dərc olunub.

Seneqalda futbol stadionuna Sadio Manenin adı veriləcək.

Ucnoqta.az Apasport.az-a istinadən xəbər verir ki, milli komandanın və “Liverpul”un hücumçusunun adı əbədiləşdiriləcək.

Bunu Seneqalın Sediu şəhərinin meri Abdulay Diop açıqlayıb. O bildirib ki, Manenin doğma şəhərində inşa olunan yeni arena ulduzun adını daşıyacaq. Bu stadionun açılışı 2023-cü ildə gerçəkləşəcək.

Qeyd edək ki, Seneqal millisi ötən həftə tarixində ilk dəfə Afrika çempionu olub.

Müəllif: