Bakıda azyaşlı qızlara qarşı seksual hərəkətlər edən şəxs saxlanılıb
11:53 - 12 Fevral 2022 tarixində dərc olunub.
Bakıda üç məktəbli qıza qarşı seksual hərəkətlər etməkdə şübhəli bilinən şəxs müəyyən olunub.
Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, 2021-ci il fevral ayından hazırkı müddətə qədər 8, 9 və 12 yaşlı qızlarına qarşı mütəmadi olaraq seksual xarakterli hərəkətlər edilməsi barədə məlumat daxil olub. Aparılan araşdırma zamanı hadisə ilə bağlı şübhəli bilinən Xəzər rayonu, Şağan qəsəbə sakini E.Camalov polis əməkdaşları tərəfindən saxılanılıb.
E.Camalov barəsində Cinayət Məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırma davam etdirilir.