Dünyanın әn böyük qara almazı olan ‘‘Enigma’’ 3 milyon 161 min funt sterlinqә satılıb.
Ucnoqta.az xarici KİV-ə istinadla xəbər verir ki, Böyük Britaniyanın “Sotheby's” hərrac evi dünyanın ən böyük qara almazını auksiona çıxarıb.
Londonda sərgilənən “Enigma” adlı 555,55 karatlıq qara almazın içərisində qiymətli daşlar olan asteroidin 2,6-3,8 milyard il əvvəl yer üzünə düşməsi nəticəsində əmələ gəldiyi düşünülür. Mәlumata görә, almaz kriptovalyuta ilә alınıb.
Dünyanın әn böyük qara almazı 2006-cı ildә Ginnesin Rekordlar Kitabına düşüb. ///publika.az