Ucnoqta.az
www.ucnoqta.az

Bakıda avtomobillər toqquşub, ölən və yaralanan var

14:07 - 11 Fevral 2022 tarixində dərc olunub.

Bakıda avtomobillər toqquşub, ölən və yaralanan var.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə fevralın 10-u saat 10 radələrində Qaradağ rayonunun Puta qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Abşeron rayon sakinləri - M.Zülfəliyevin idarə etdiyi “Tofaş” və Şöhlət Quliyevin idarə etdiyi “Oka” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən Ş.Quliyev orada ölüb, digər sürücünün vəziyyəti orta-ağırdır.

Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Müəllif: