Ucnoqta.az
www.ucnoqta.az

Avtomobildən 90 ədəd saat oğurlanıb

10:35 - 11 Fevral 2022 tarixində dərc olunub.

Bakıda avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinə fevralın 3-nə keçən gecə B.Nuriyev küçəsində “Mercedes” markalı bir avtomobildən 1800 manat dəyərində 90 ədəd qol saatının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əıməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş V.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş V.Sultanov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Şəxsi axtartış zamanı ondan da metamfetamin götürülüb.

 

Müəllif: