Ucnoqta.az
www.ucnoqta.az

Koronaya görə bağlanan daha iki məktəb əyani tədrisə qayıtdı

09:52 - 11 Fevral 2022 tarixində dərc olunub.

Bakıda koronavirusa görə bağlanan 149 və 184 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bu barədə Ucnoqta.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, hər iki məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Müəllif: