Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə iki tələbə qız dəm qazından zəhərləndi

08:52 - 11 Fevral 2022 tarixində dərc olunub.

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın məlumatına görə 2000-ci il təvəllüdlü N.Əhmədova və 1999-cu il təvəllüdlü G.Əliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstələrə tibbi yardım göstərilib,vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumata görə onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Onların tələbə olduğu bildirilir.

 

Müəllif: