Ucnoqta.az
www.ucnoqta.az

Xırdalanda məktəblini avtomobil vurub

00:13 - 11 Fevral 2022 tarixində dərc olunub.

Abşeron rayonunda məktəblinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xırdalan şəhərində qeydə alınıb.

2010-cu il təvəllüdlü Musayev Toğrul Ülfət oğlu dərsdən çıxıb evə gedərkən, onu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.///report

Müəllif: